Sumqayıtda xüsusi karantin rejimini pozduğu üçün 100-ə yaxın şəxs cərimələnib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda xüsusi karantin rejimini pozduğu üçün 100-ə yaxın şəxs cərimələnib – FOTO

20:26 - 01 / 04 / 2020
Sumqayıtda xüsusi karantin rejimini pozduğu üçün 100-ə yaxın şəxs cərimələnib – FOTO

Koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri Sumqayıt şəhəri ərazisində də davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Sumqayıt şəhərində bu gün 92 nəfər xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Sumqayıt şəhərində polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.

S.Xankişiyeva

Paylaş:
611

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər