Taksidə siqaret çəkən sürücülərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksidə siqaret çəkən sürücülərə XƏBƏRDARLIQ

11:10 - 25 / 02 / 2020
Taksidə siqaret çəkən sürücülərə XƏBƏRDARLIQ

Siqaret həm onu çəkən, həm də ətrafdakılar üçün ziyanlıdır. Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulur.

İctimai nəqliyyatda – avtobus və taksilərdə də tütündən istifadə qanunla qadağandır. Avtobuslarda bu qaydalara riayət olunsa da, taksilərdə bu qaydalara məhəl qoyulmadığını görürük. Bəs görəsən taksi fəaliyyəti ilə məşğul olanlar nəqliyyat vasitəsində siqaret çəkməyə görə məsuliyətə cəlb olunurmu?

Məsələ ilə bağlı 1news.az-a danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, Azərbaycanda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu” var.

“Həmin qanunda göstərilir ki, istənilən ictimai nəqliyyatda həm sərnişinin, həm sürücünün özünün tütündən istifadəsi qadağandır. Bu qadağanın pozulmasına görə İnzibai Xətalar məcələsinin 322.0.4. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq edilir.

Cəriməni tətbiq etmə səlahiyyəti dövlət yol polisinə aiddir. Amma çox nadir hallarda polis əməkdaşları tərəfindən bu qayda pozuntusuna görə cərimə yazılır. Bu sahədə maarifləndirmə işlərini aparmaq lazımdır. Polisin işi çoxdur, amma hərdən rastlaşanda cərimə də tətbiq etmək lazımdır. Maarifləndirmənin üsullarından biri də budur. Nəyinsə qadağan olduğunu deyəndə adətən yola verilir, amma 1-2 dəfə cərimə tətbiq ediləndən sonra qayda pozmamağa çalışırlar. Avtomobildə siqaret çəkməmək üçün pul xərcləməyə, əlavə nəsə almağa ehtiyac yoxdur, sadəcə məsuliyyətli olmaq lazımdır. Siqaret çəkmək həm insanın özü üçün, həm də ətrafdakıların sağlamlığı üçün təhlükəlidir”.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, əgər yol polisi görsə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü sükan arxasında siqaret çəkir, o halda saxlayıb ona inzibati xəta haqqında protokol tərtib edə bilər.

“Taksi fəaliyəti ilə məşğul olan adam çalışmalıdır ki, apardığı müştəriləri narahat etməmək xatirinə tütün məhsullarından istifadə etməsin. Yəni tək inzibati məsuliyyə görə yox, həm də müştəri məmnuniyyətinə görə tütün məhsullarından istifadə etməməlidirlər. Ümumilikdə nəqliyyat vasitəsində siqaretdən istifadəni aşkarlamaq çətindir, çünki sürücülər polisi görəndə siqareti gizlədə bilər və ya müştəri avtomobilə minəndən sonra taksi emblemini götürə bilərlər. İstənilən halda taksidə və ya avtobusda tütün məhsullarından istifadə qadağandır”.

Qafar Ağayev

Paylaş:
1723

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər