Təranənin həbsi Rəqsanəni dilə gətirdi: "Sən nələr etdin, nələr..." - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Təranənin həbsi Rəqsanəni dilə gətirdi: "Sən nələr etdin, nələr..." - FOTO

14:01 - 01 / 11 / 2018
Təranənin həbsi Rəqsanəni dilə gətirdi: "Sən nələr etdin, nələr..." - FOTO

Prodüser Təranə Səmədovanın həbsi düşmənlərini dilə gətirib. Keçmiş həyat yoldaşı müğənni Kərim Abasovdan sonra, müğənni Rəqsanə İsmayılova da eks prodüserinin həbsinə münasibət bildirib. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, Rəqsanə qalmaqallı şəkildə əməkdaşlığa son qoyduğu Səmədovanın özünə və ailəsinə etdiyi pislikləri xatırlayıb:

"Baxıram və sadəcə bunu demək istəyirəm ki, bir neçə il əvvələ nəzər salın... Bu gün onun yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə saxta profil, bacımın, anamın başına gətirilən oyunlar... Bəs, mən bu günə kimi necə dözdüm? Hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, amma nələr çəkdim bir Allah, bir mən bilirəm.

Bu gün Təranəyə sevinmirəm, çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır. 

Heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Bu gün baxıram, bəzi jurnalistlərin ona ürəkləri ağrıyır, pis olurlar. Amma mənim başıma gələnləri yazıb, məni insanların gözündən salıb reytinq qazanırdınız. Amma əslində nələr olduğunu bilmirdiniz. 

Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin, nələr... Övladım məktəbə getməyə utanırdı. 


Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə 40 nəfər adam qoydunuz yalan yerə. Heç nə sübut olmadı, qanun isə xitam verdi. 

O qədər yazası sözüm var. Yenə də deyirəm, özünə görə yox, özü bu gün yaşadıqlarını vaxtında mənə və başqalarına çox yaşadıb. Amma Allah onu körpə balasına və anasına görə qapısını açsın. Uşağın, ananın heç bir günahı yoxdur. 

Bu günə qədər bir dəfə də olsun mən onun anasının və balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım var. Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin. Nələrə əl atdın, nələr etdin. Belə günə sevinən gərək insan olmasın. Elə ürəyə sahibəm ki, ailəsinə kömək olaram. Bilirəm ki, onların heç kimi yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan".

1news.az

Paylaş:
4228

Son xəbərlər

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42
Bütün xəbərlər