Tokio 2020 Yay Paralimpiya Oyunlarının keçiriləcəyi tarix açıqlandı – RƏSMİ | 1news.az | Xəbərlər
İdman

Tokio 2020 Yay Paralimpiya Oyunlarının keçiriləcəyi tarix açıqlandı – RƏSMİ

17:21 - 30 / 03 / 2020
Tokio 2020 Yay Paralimpiya Oyunlarının keçiriləcəyi tarix açıqlandı – RƏSMİ

Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsons Milli Paralimpiya Komitələrinə məktubla müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətində BPK prezidenti bildirib ki, Tokio 2020 Yay Paralimpiya Oyunları 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərində keçiriləcək. Məktubda deyilir:

“Əziz dostlar,

Çox böyük məmnuniyyətlə sizə çatdırmaq istəyirəm ki, Tokio 2020 Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirilərək 24 avqust – 05 sentyabr 2021-ci il tarixlərinə təyin olunub.

Paralimpiya Oyunlarının yeni tarixlərinin tez bir zamanda müəyyənləşdirilməsi vacib addım idi, cünki Oyunlara hazırlıqlar və planlaşdırma işləri davam etməlidir. Yeni tarixlərin müəyyənləşməsi idmançılarımıza müəyyənlik, tərəfdaşlarımız və üzvlərimizə  isə əminlik hissi verir. Bu bütün dünya üçün gələcəyə ümidlə baxmaq üçün çox önəmlidir.

Yeni tarixlər təyin olunduğundan, Beynəlxalq Paralimpiya Komitəsi bütün Beynəlxalq Federasiyalar ilə birlikdə yeni təsnifat şərtlərini hazırlayacaq. Tokio 2020 Paralimpiya Oyunlarına artıq lisenziya qazanmış idmançılar və kvota yerlər olduğu kimi qalacaq.

Tokio 2020 Paralimpiya Oyunlarına 512 gün qədər zaman qalıb. İndi dövrün çox çətin bir dönəm olduğunu nəzərə alaraq, O zamana qədər sizə öz və ailə üzvlərinizin, dostlarınızın  sağlamlığına diqqət etməyinizi xahiş edirəm”.

1news.az

 

Paylaş:
1161

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər