Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO

16:29 - 25 / 02 / 2020
Torontoda “Sarı gəlin”: Azərbaycanlılar Kanadada Xocalı faciəsi qurbanlarına həsr olunmuş fleşmob keçirib – FOTO

Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan-Kanada Multikulturalizm Mərkəzi qanlı faciə qurbanlarına həsr olunmuş fleşmob hazırlayıb.

Fleşmob Kanadanın iri şəhərlərindən biri – Torontoda Azərbaycan xalq mahnılarının tarla müşayiəti ilə keçib. Gənclərdən biri əlində Azərbaycan bayrağını tutub. Daha sonra musiqiçilərə kədərli rəqs edən rəqqasə də qoşulur.

Video-çarxdan görünür ki, fleşmob şəhər əhalisinin diqqətii çəkib. İnsanlar musiqiçilərin ətrafında toplaşaraq şəkil çəkdirib, bəziləri isə əllərini ürəyinin üzərində qoyaraq xalqımızın kədərinə şərik olub.

Qeyd edək ki, bu il Xocalı faciəsinin 28-ci ildönümüdür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcılıq alayının köməyilə Azərbaycanın Xocalı şəhərində soyqırım ediblər.  

Mühasirəyə alınmış şəhəri tərk etməyə çalışan silahsız əhali qəddarcasına qətlə yetirilib. Nəticədə, 106 qadın, 63 uşaq, 70 yaşlı da daxil olmaqla 613 nəfər erməni hərbçiləri tərəfindən qətlə yetirilib.   

S.Xankişiyeva

 

 

Paylaş:
803

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər