Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

22:57 - 06 / 04 / 2020
Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 75 nəfərin həyatına son qoyub.

Bunla da dünyasını dəyişənlərin sayı 649 nəfərə çatıb. Aprelin 6-də ölkə üzrə 21 min 400 nəfər üzərində xüsusi tibbi yoxlama aparılıb. Onlardan 3 min 148 nəfərdə virus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmlər barədə nazir Fahrettin Koca məlumat verib. Ölkə üzrə testdən keçirilənlərin sayı 202 min 845 nəfərə çatıb. Onlardan 30 min 217 nəfər müalicəyə cəlb olunub. 1415 nəfər reanimasiyadadır. İndiyə qədər 1326 nəfərin müalicəsi müsbət nəticə verib. Bu gün 284 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub.

Qeyd edək ki, Türkiyə hökuməti koronovirusun yayılmasına və infeksiyaya yoluxanların sağalması istiqamətində çoxistiqamətli fəaliyyət həyata keçirir. Ünsiyyət və gediş-gəliş məhdudiyyətləri burada mühüm amildir. Digər tərəfdən ölkənin bir çox şəhərində koronovirus testlərini yoxlayan laboratoriyaların qurulması gündəlik test sayında mühüm bir dinamika yaradıb. Bu rəqəm bir həftə ərzində təxminən 10 dəfə artıb.

S.Xankişiyeva

 

Paylaş:
717

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər