Valideynlərini baltalayan oğul: Özümdə olmamışam – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideynlərini baltalayan oğul: Özümdə olmamışam – VİDEO

10:45 - 24 / 10 / 2018
Valideynlərini baltalayan oğul: Özümdə olmamışam – VİDEO

Bir müddət öncə ər və arvadı yaralayan şəxsin kim olduğu məlum olub.

1news.az-ın ARB TV-yə istinadla verdiyi xəbərə görə, ata və anasını balta ilə ölümcül yaralayan şəxs hadisədən sonra müxtəlif ünvanlarda gizlənib məsuliyyətdən yayınmağa çalışsa da, polisin sayıqlığı nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Sentyabrın 13-ü axşam saat 19:00 radələrində Daşkəsən rayon Tapan kənd sakinləri, 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Təcili və təxirəsalınmaz tibbi yardımdan sonra hər iki şəxs həyati təhlükədən xilas edilib.

Hadisə ilə bağlı araşdırmalara başlayan Daşkəsən RPŞ əməkdaşları ərlə arvada xəsarət yetirən şəxsin elə onların doğma oğlu, 47 yaşlı Firdovsi Bağırovun olduğunu müəyyən ediblər. Bağırovun axtarışlarına başlayan polis nəhayət ki, valideynlərinə bəla olan oğulun yerini müəyyən edərək onu saxlamağa müvəffəq olub.

Valideynlərinə küt və kəsici alətlərlə ağır bədən xəsarətləri yetirən "oğul” əvvəllər 6 il məhkumluq həyatı yaşayıb. Yenidən cinayət törədən Firdovsi Bağırov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib:

“Araq içmişdim, içkili evə gəldim. Evdə də münaqişəmiz olub. Elə bilmişəm ki, ayrı adamla dalaşıram. Özümdə olmamışam. Əməlimə görə peşmanam, özümü bağışlaya bilmirəm. Xalqımdan da, atamdan və anamdan üzür istəyirəm”.

Valideynlərinə xəsarət yetirən Firdovsi Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq davam edir.

S.Xankişiyeva

 

Paylaş:
1093

Son xəbərlər

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44
Bütün xəbərlər