Vüqar Bayramov: “Prezidentin İtaliyaya səfəri iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Prezidentin İtaliyaya səfəri iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək”

12:32 - 21 / 02 / 2020
Vüqar Bayramov: “Prezidentin İtaliyaya səfəri iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək”

“Azərbaycanı əsas ticarət tərəfdaşlarından biri İtaliyadır. Rəsmi statistikaya görə, İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 6 mlrd. dollardan çoxdur və bu, ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdən birini təşkil edir”.

Bunu 1news.az-a iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı danışarkən deyib.

V.Bayramov bildirib ki,  son illər İtaliya Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım var. Əsasən son üç ildə bu rəqəm 4,7 mlrd dollardan 6,2 mlrd. dollara qədər dəyişib ki, bu da ticarət dövriyyəsinin həcminin artmasından xəbər verir:

“Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi daha çox enerji əməkdaşlığı üzərində formalaşıb. İtaliya Azərbaycandan neft məhsullarını alan əsas Avropa ölkəsidir. Bununla yanaşı, təbii ki, Azərbaycan növbəti mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi qaz nəql edəcək. Həmçinin TAP kəməri vasitəsilə Avropa bazarına birinci mərhələdə ildə 10 mlrd. kub metr, ikinci mərhələdə ildə 20 mlrd. kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub”.

İqtisadçı bildirib ki, Azərbaycan-İtaliya arasındakı əməkdaşlığın ölkə Prezidentinin son səfərindən sonra məhz daha çox qeyri-neft sektoru istiqamətində inkişaf edəcəyi gözlənilir: “Təbii ki, ölkə Prezidentinin iştirakı ilə bu gün İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi də birbaşa qeyri-neft sektorunda, enerjidən kənar sahələrdə iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirəcək.

Nəzərə alsaq ki, Avropa 500 mln istehlakçısı olan alıcılıq qabiliyyətinə görə dünyanın ən böyük bazarıdır, İtaliya isə Azərbaycan sahibkarları üçün qeyri-neft məhsullarını ixrac etmək baxımından Avropada əsas bazarlardan biri ola bilər”.

Eyni zamanda İtaliyadan xarici investisiyanın cəlb edilməsi, birgə yeni layihələrin və proqramların reallaşdırılması bu gün müzakirə edilən məsələlərdən biridir.

Bu baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, həm də İtaliya-Azərbaycan əməkdaşlığının qeyri-neft sektoru üzrə inkişaf etməsinə, ölkələrin enerjidən kənar sektorlar üzrə əməkdaşlığının genişlənməsinə imkan verəcək. Bu, təbii ki, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Eyni zamanda bu, İtaliyanın Azərbaycan sahibkarları üçün yeni bazarlardan biri kimi çıxış edə biləcəyi anlamına gəlir".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-dan İtaliya Respublikasında səfərdədir.

1news.az

Paylaş:
1494

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər