Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək

14:01 - 02 / 04 / 2020
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək

Koronavirusun Azərbaycan iqtisadiyyatına və sahibkarlara təsirinin minimumlaşdırılması ilə bağlı yaradılmış İşçi Qrupu tərəfindən 9 proqram hazırlanır. Bu proqramlar koronavirusun sahibkarlara və eləcə də sahibkarlıq subyektlərində çalışan vətəndaşlara təsirlərini azaltmaq məqsədi daşıyır.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“İşçi Qrupu tərəfindən koronavirusun iqtisadiyyata təsirləri qiymətləndirilib. Qiymətləndirməyə görə, 4 əsas sektor və 20 fəaliyyət sahəsi üzrə koronavirusun təsirləri var. Bu təsirlərin azaldılması üçün konkret proqram təklif olunur. Nəzərə alsaq ki, sahibkarlara, eləcə də muzdla çalışan sektorlar üzrə ayrılan vəsaitin həcmi 1 milyard manatdan 2,5 milyard manatadək artırılıb. Ayrılmış vəsait ümumi daxili məhsulun 3 faizi deməkdir. Bu, MDB ölkələri arasında ən yüksək göstərici hesab olunur”, - deyə V.Bayramov qeyd edib.

Milli Məclisin deputatı deyib: “Bu gün hökumət tərəfindən həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, həm sahibkarlara, həm vətəndaşlara dəymiş ziyanı minimumlaşdırmaq mümkün olsun. Bu baxımdan da sektorial yanaşma tətbiq olunub və bəzi fəaliyyət sahələrində dəymiş ziyanın tam kompensasiyası, nisbətən az təsiri olan fəaliyyət sahələrində bütövlükdə 70 faizlik kompensasiyanın həyat keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, mikro sahibkarlara, yəni VÖEN-lə fəaliyyət göstərən vətəndaşlara da kompensasiya və birbaşa yardım həyata keçiriləcək. Azərbaycanda 1 milyon 555 min muzdlu işçinin 915 mini məhz dövlət və neft sektorunda çalışır. Onlar məzuniyyətə göndərilsə də, əməkhaqları ödənilir, 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Bu işçilər üçün də birbaşa dəstək mexanizmi reallaşacaq. Mikro sahibkar kimi fəaliyyət göstərən 290 min vətəndaş da dövlət dəstəyi alacaq. Proqramlardan biri kreditlər üzrə kompensasiya və kredit öhdəlikləri ilə bağlı olacaq. Bu istiqamətə 1 milyard manatın ayrılması nəzərdə tutulub. Burada həm də faizlərin subsidiyalaşması həyata keçiriləcək. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya mexanizmi tətbiq olunacaq və Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək göstəriləcək. Bu, biznes və maliyyə qrupu tərəfindən təklif hazırlandıqdan sonra istehlak kreditləşməsi üzrə dövlət dəstəyinin gücləndirilməsinə imkan verəcək. Bütövlükdə, bu gün həyata keçirilən siyasətin hədəfi də ondan ibarətdir ki, özəl sektorda çalışanların sosial təminatının gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilsin, koronavirusun onların sosial vəziyyətinə təsirləri minimumlaşdırılsın. Eyni zamanda, çalışmayan vətəndaşlar üçün dəstək mexanizminin gücləndirilməsi də nəzərdə tutulub. Dünya və ölkəmiz üçün iqtisadi baxımdan ağır bir dövrdə dövlət birbaşa vətəndaşlarına dəstək nümayiş etdirəcək”.

1news.az

Paylaş:
1633

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər