Vüqar Rəhimzadə: “ASAN xidmət” layihəsi Azərbaycanın dünyada bir brendidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: “ASAN xidmət” layihəsi Azərbaycanın dünyada bir brendidir

17:11 - 14 / 02 / 2020
Vüqar Rəhimzadə: “ASAN xidmət” layihəsi Azərbaycanın dünyada bir brendidir

Prezident İlham Əliyevin Kürdəmirə səfəri çərçivəsində gənclərlə görüşündə çıxışı zamanı kifayər qədər önəmli mesajlar verildi. Cənab Prezident gələcək gəncliyin Azərbaycan dövləti, dövlətçiliyi üçün qarşısında duran hədəflərin nədən ibarət olduğunu göstərdi.  

1news.az-ın verdiyi xəbərə görə, bunu 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Cənab Prezident çıxışında Azərbaycanda sosial, eyni zamanda  ictimai islahatların həyata keçirilməsini vurğulamaqla yanaşı, parlament seçkiləri ilə bağlı məsələlərə də toxundu. Cənab Prezidentin mövqeyi qətidir, birmənalıdır. Onun mesajında açıq şəkildə bildirildi ki, qanun pozuntuları ciddi şəkildə araşdırılmalı, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki kimliyindən asılı olmayaraq qanun pozuntusuna yol verən hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının dünən keçirilmiş iclasında da bu məsələ geniş müzakirə olundu və kifayət qədər sərt qərarlar qəbul olundu, bir neçə dairədə seçkilərin nəticələri ləğv edildi”.

V.Rəhimzadə ölkə Prezidentinin Asan xidmət mərkəzləri ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, “ASAN xidmət” layihəsiAzərbaycanın dünyada bir brendi və ən böyük sosial layihələrindən biridir:

“Dünyanın bir çox ölkələri bu xidməti təqdir etməklə yanaşı, özlərində də tətbiq etmək istəyirlər. “ASAN xidmət” mərkəzlərinin sayının artması insanlara göstərilən xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, onların rahatlığını və məmnunluğunu da təmin etmiş olur. Buna görə də bu layihə hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir”.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər