Xəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı oldu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı oldu – FOTO

11:00 - 17 / 10 / 2019
Xəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı oldu – FOTO

16 oktyabrda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) PERS - "EcoPorts" sertifikatına layiq görülmüşdür.

Bununla da, Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk liman oldu. Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS), Avropanın liman sektorunun ətraf mühitinin qorunması mövzusunda məlumatlılığı artıran və limanların davamlı inkişaf hədəflərinə çatmasına kömək edən xüsusi bir standartdır. Sözügedən sertifikatda qabaqcıl texnologiyaların, xüsusilə enerji istifadəsi, tullantıların idarə olunması, havanın keyfiyyəti, rəqəmsallaşdırma və avtomatlaşdırma sahələrində tətbiqini təşviq edir.

Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimi zamanı, Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd etdi ki, "Bakı Limanı üçün EcoPort olmaq yaşıllığa və davamlı gələcəyə həqiqi inam təcəssüm etdirir. Bakı Limanının adı çəkilən sertifikatın alınması liman əməkdaşları və Avropa tərəfdaşları tərəfindən son üç ildə aparılan məqsədyönlü işin nəticəsidir. Ekoloji yönəlik siyasəti ilə Bakı Limanı bölgədəki digər limanlara nümunə olmağa davam edəcək."

ESPO-nun Baş katibi İzabel Rikbost, Bakı Limanını PERS sertifikatını almasına görə təbrik etdi və qeyd etdi: Liman rəhbərliyi üçün yerli icma ilə əlaqələr son dərəcə vacibdir və “EcoPorts” liman sektorunun şəffaflığının və hesabatlılığının daha da artırılmasına kömək edir. EcoPorts'un ekoloji standartı limanın ətraf mühit siyasətini ictimaiyyətə açıq olması və yerli ictimaiyyətə məlumat verilməsini nəzərdə tutur. Bakı Limanının sertifikatlaşdırılması ilə nəinki liman yeni üfüqlər açır, həm də “EcoPorts” şəbəkəsi şərqə doğru daha da genişlənir ".

Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 “EkoPorts” fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi siyasətində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahibdir. Bununla yanaşı, BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş proseslərində və əməliyyatlarında inteqrasiya etmişdir.

Avropa və Asiyanın strateji qovşağında və Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşən Bakı Limanı Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilmək niyyətindədir. Bu, Azərbaycanın qeyri-neft sektorunu şaxələndirmək məqsədilə apardığı daha geniş strategiyanın bir hissəsidir.

Reklam hüququnda

 

 

Paylaş:
674

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər