Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir – FOTO

10:00 - 11 / 12 / 2019
Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir – FOTO

Bir müddət əvvələ qədər daşınmaz əmlak bazarında müəyyən durğunluq hiss olunsa da, son vaxtlar canlanma müşahidə edilməkdədir.

Mənzil almaqda bir neçə il gözləmə mövqeyi tutanlar artıq aktiv fəaliyyətə keçərək tək şəxsi yaşayış məqsədilə deyil, investisiya etmək məqsədilə də müxtəlif təyinatlı daşınmaz əmlaka sahib olmağa can atırlar.

Ekspertlərin fikrincə müşahidə olunan bu tendensiyanın yaxın və uzaq perspektivdə də davam edəcəyi gözlənilir. Ölkənin daşınmaz əmlak sektorunun aparıcı şirkətlərindən olan “Facility Management Group” şirkətinin daşınmaz əmlakın satış şöbəsinin müdiri İlham Allahverdiyevin sözlərinə görə, son vaxtlar mənzil əldə etmək istəyənlərin tikinti şirkətindən, sahib olacaqları mənzildən gözləntiləri də dəyişməkdədir. “Artıq insanlar sadəcə mənzil sahibi olmaq istəmirlər, yaşadıqları yaşayış kompleksinin tam infrastruktura malik olmasını, istirahət, əyləncə, sağlımlıq kimi tələblərinin qarşılanmasını arzulayırlar. Sakinlər alış-veriş etmək, idmanla məşğul olmaq, övladlarının istirahəti üçün vaxt ayırmaq və s. istəklərini mənzillərindən uzağa getmədən həyata keçirmək istəyirlər. Əlavə olaraq sahib olduqları mənzilin investisiya məqsədilə icarəyə vermək üçün də əlverişli olmasında maraqlıdırlar. Bu tələbləri qarşılayan yaşayış kompleksi daşınmaz əmlak bazarında daha çox marağa səbəb olur.”

Xəzər dənizinin sahilində yerləşən “Xəzri Rezidens” resort-yaşayış kompleksi qapalı çimərlik sahəsi, spa və fitnes mərkəzi, futbol və voleybol meydançası, uşaq bağçası, uşaq əyləncə mərkəzi ilə bənzərsiz yaşayış mühiti vəd edir. Avtomobilsiz həyət konseptinə malik kompleksin daxilində piyada və velosiped zolaqları, həyətyanı parkın salınması nəzərdə tutulub. Kompleksin yaxınlıqda “Sumqayıt Mall” alış-veriş mərkəzinin tikilməsi isə sakinlərin istirahət-əyləncə həyatlarına əlavə rəng qatmaq üçün düşünülüb. “Xəzri Rezidens”in başqa bir özəlliyi yay aylarında bağ evlərində dincəlməyə üstünlük verənlər üçün ideal imkanlar təklif etməsindədir.

Təqdim etdiyi hərtərəfli infrastrukturu ilə Türkiyə və Aralıq dənizi ölkələrinin dənizsahili resort komplekslərindən ilhamlanaraq inşa edilən “Xəzri Rezidens” həm yaşayış, həm də investisiya baxımından insanların diqqətini çəkməkdədir. Mənzillərin satış şərtləri barədə məlumat verən İlham Allahverdiyev bu amilin nəzərə alınaraq kompleksdə mənzillərin güzəştli şərtlərlə daxili hissə-hissə ödəniş və Paşa Bank zəmanətli ipoteka ilə təklif edildiyini bildirib.

Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.

http://xazrirezidens.az/

https://www.facebook.com/xazrirezidens/

Reklam hüququnda

 

 

Paylaş:
850

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər