XİN: Ermənilər işğal altındakı ərazilərdə qəsdən yanğınlar törədiblər | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənilər işğal altındakı ərazilərdə qəsdən yanğınlar törədiblər

17:21 - 25 / 06 / 2020
XİN: Ermənilər işğal altındakı ərazilərdə qəsdən yanğınlar törədiblər

“Azərkosmos”un “Azersky” peyki vasitəsilə bu ilin iyun ayı ərzində Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən törədilən yanğınların monitorinqi nəticəsində alınan təsvirlərin təhlilinə əsasən, Azərbaycanın Tərtər rayonunun işğal altında olan, Ermənistanın mövqeləri istiqamətində təmas xəttinə yaxın Göyarx kəndi və kəndin yaxın ətrafında yanğınlar törədilib.

Bu günədək əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə törədilən yanğınlar 866 hektar sahəni əhatə edir.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Həmçinin cari ilin iyun ayının əvvəlindən bu günə qədər Azərbaycanın işğal altında olan Ağdam rayonunun Xıdırlı, Seyidli, Sarıcalı və Yusifcanlı yaşayış məntəqələri, Xocavənd rayonunun Muğanlı yaşayış məntəqəsi, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Horadiz yaşayış məntəqələri ətrafında geniş miqyaslı yanğınların törədildiyi müşahidə olunub. Ermənistan tərəfinin törətdiyi bu ekoloji terror nəticəsində yanğının yayılma sahəsi 2 422 hektara çatmışdır. Hazırda qeyd edilən ərazilər üzrə “Azersky” peyki vasitəsilə gündəlik monitorinqlər davam etdirilir.

Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Ermənistanın bu qanunsuz fəaliyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalın davam etdirilməsi və möhkəmləndirilməsi, bu ərazilərin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətə cəlb olunan bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqlar Azərbaycanın nəzarətinə qaytarılacaq. İşğalçı Ermənistan isə Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcək", - XİN-dən bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
891

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər