Məzahir Əfəndiyev: “Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq” | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: “Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq”

13:21 - 10 / 07 / 2020
Məzahir Əfəndiyev: “Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq”

Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq. 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırım 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serbiya millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilib.

1news.az xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı, Azərbaycan və Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev deyib.

Deputat əlavə edib ki, iyulun 11-i Bosniya və Hersoqovina tarixinə qanlı hərflərlə yazılıb: “Həmin gün Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Hersoqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Hersoqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu səbəbdən 2013-cü il fevralın 26-da Bosniya və Hersoqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla Bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi.

Srebrenitsa faciəsi.

Xocalı soyqırımı.

Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr yaranmış və uğurla inkişaf etməkdədir. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Bütün bunlar hər iki ölkəni birləşdirən oxşar taleh və oxşar ağrının rəmzidir".

Sarayevo şəhərindəki “Dostluq parkı”.

Deputat vurğulayıb ki, dövlətimiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Hersoqvina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir:

"Bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir. Bu proseslərdə hakimiyyətin əsas qollarından olan parlament də mühüm rol oynayır. Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burda danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Hersoqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır.

Azərbaycan həqiqətlərinin Bosniya və Hersoqovina ictimaiyyətinə, o cümlədən, dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi və Bakıda xatirə kompleksinin ucaldılması iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcək".

1news.az

Paylaş:
839

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər