Yaponlar tərcüməçi-maska hazırladılar | 1news.az | Xəbərlər
Dünya

Yaponlar tərcüməçi-maska hazırladılar

14:05 - 07 / 08 / 2020
Yaponlar tərcüməçi-maska hazırladılar

Yaponiyalı alimlər koronavirus pandemiyası zamanı təlabata çevrilən və eyni zamanda dəbli aksesuar olan tibbi maska hazırlayıblar.

CNN xəbər verir ki, “Donut Robotics” şirkətinin mütəxəssisləri “ağıllı maska” yaradıblar.

İnternetə qoşulan zaman o, mesajı yapon dilindən səkkiz fərqli dilə çevirə bilir.

Sözügedən maska hava qəbul ediciliyinə görə, koronavirusdan qorumur. Amma onu qoruyucu maskanın üstündən taxmaq olar.

“Ağıllı maska”nı istifadə etməyə başlamazdan əvvəl onu “Bluetooth” vasitəsilə mobil telefon və ya planşetinizə bağlamalısınız. İnsan danışmağa başlayanda üz əzələlərinin hərəkətləri cihaz tərəfindən oxunur və yapon dilindən Çin, Koreya, İngilis, Vyetnam, İndoneziya, İspan və Fransız dillərinə tərcümə edir.

Maskada quraşdırılmış mikrofon var və sözlər avtomatik olaraq telefonun mətn rejimində əks olunur. Bundan əlavə, yeni maska koronavirus pandemiyası zamanı çox ehtiyac duyulan sosial məsafəni qorumağa kömək edəcək.

Cihazın əvvəlcə beynəlxalq hava limanlarında robot təlimatlarında istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin pandemiya başlayanda və hava limanları işini dayandırdıqda, bu məsələ təxirə salındı.

İlk maskanı ​​hazırlamaq üçün bir aya yaxın vaxt lazım olub. Lazımi vəsait (265 000 ABŞ dolları) “crowdfunding” platformasında toplanıb. Bu, sentyabr ayında Asiyada 50 dollara satışa başlayacaq təxminən 5000 “ağıllı maska” üçün kifayət edəcək məbləğdir.

Bundan sonra məhsulun Avropa və Amerikada satışları planlaşdırılır.

1news.az

Paylaş:
685

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər