ru

Siyasət

19 İyul saat 16:13

Zakir Həsənov: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır

Zakir Həsənov: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən uzadır".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşdə deyib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Ö.Litzenberqer də öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur