10 yaşlı azərbaycanlı pəhləvan - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

10 yaşlı azərbaycanlı pəhləvan - VİDEO

15:24 - 20 / 11 / 2019
10 yaşlı azərbaycanlı pəhləvan - VİDEO

Onur Bələdovun cəmi 10 yaşı var, amma dişi ilə özündən qat-qat ağır olan avtomobili darta bilir. Onun bu yaşdakı fiziki gücü, pəhləvanlığı hamını təəccübləndirir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Salyanın mərkəzindən 50 kilometr uzaqda yerləşən Xıdırlı kəndində yaşayan Bələdovlar ailəsini rayonda hər kəs tanıyır. Ailə sahibi təsərrüfatla məşğul olsa da, övladlarından biri, 4-cü sinifdə oxuyan 10 yaşlı Onur Bələdov pəhləvanlıqla məşğul olmaq arzusundadır. Balaca Onur artıq ilk uğura da imza atıb. 25 kiloqram çəkiyə sahib olan balaca pəhləvan 2 tonluq maşını dişi ilə dartmağı bacarıb. Onurun babaları arasında pəhləvan olmasa da, onlar da qoldan güclü olublar: "Uşaqlıqdan idmana həvəsim var. Sonra maşınları dartdım, gördüm ki, bacarıram. İstəyirəm sinif yoldaşlarım da mənim kimi güclü olsunlar. Ən böyük arzum güclü idmançı kimi respublikamızı dünyada tanıtmaqdır".

Onur ilk dəfə olaraq 4 yaşında çılpaq bədənlə qış fəslində qarda gəzməklə maraqları özünə cəlb edib. Balaca pəhləvanın dayısı Əli Əliquliyev deyir ki, Onur hələ kiçik yaşlarında qeyri-adi güc nümayiş etdirib: Bacım oğlu 5 yaşından üçtəkərli motosiklet və "Jiquli" markalı maşını dartmağa başlayıb. Beləliklə, sonralar bu işdə təkmilləşərək çəkisi ağır olan maşınları dişi ilə çəkib. O, kiçik yaşlarından pəhləvanlıq nömrələri göstərərək bizi heyran qoydu. Onun gələcəyinə böyük ümid bəsləyirik. İnanıram ki, bacım oğlu gələcəkdə Azərbaycanın tanınmış pəhləvanlarından biri olacaq".

Balaca pəhləvanın hədəfi bundan sonra saçı ilə avtomobil dartmaqdır. Bunu bir neçə dəfə sınaqdan çıxarsa da, hələ hazırlıq dövrü keçdiyini deyir. Beləliklə, Salyanın ucqar Xıdırlı kəndində yaşayan 10 yaşlı Onur bizi bir neçə aydan sonra yenə də təəccübləndirəcək.

1news.az

Paylaş:
542

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər