Siyasət

Çavuşoğlu: Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır

12:56 - 20 / 01 / 2021
Çavuşoğlu: Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır

Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarıbülbüllə birlikdə açır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin ildönümü ilə bağlı öz "Twitter" səhifəsində yazıb.

“1990-cı il yanvarın 20-də də Can Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən qardaşlarımızı rəhmətlə anırıq. Şəhidlərin rəmzi olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının rəmzi olan xarıbülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

S.Xankişiyeva

 

Next TV