Xaricdən sifariş edilən məhsulların gecikməsinin səbəbi açıqlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xaricdən sifariş edilən məhsulların gecikməsinin səbəbi açıqlandı

Qafar Ağayev12:49 - 04 / 03 / 2021
Xaricdən sifariş edilən məhsulların gecikməsinin səbəbi açıqlandı

Azərbaycanda əhalinin internet vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən saytlardan sifariş etdiyi məhsulların çatdırılmasında gecikmələrə aydınlıq gətirilib.

1news.az-ınməlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib ki, gecikmələr bağlamaları çatdıran kuryer şirkətləri ilə bağlıdır.

S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi daxil olan bağlamaların 85 faizdən çoxunu elə həmin gün şirkətlərin anbarına təhfil verir: “Dövlət Gömrük Komitəsinin yalnız tələbi ondan ibarətdir ki, rüsum ödənilməsi tələb olunan dəyəri 300 dollardan çox olan bağlamalar barədə məlumat verilsin”.

Komitə sədri qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq xaricdən gələn bağlamaların sayı xeyli çoxalıb. O bildirib ki, şirkətlər tərəfindən bağlamaların çeşidlənməsində çətinliklər var, az sayda əməkdaşlar bu işi tez zamanda çatdıra bilmir: “Biz şirkətlərə tövsiyələr veririk ki, çeşidləmə üçün lazımi avadanlıqlar alsınlar, iş prosesini sürətləndirsinlər. Yəni bağlamaların çatdırılmasında gecikmələr gömrük orqanları ilə bağlı deyil”.

Paylaş:
523

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər