DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib

16:30 - 16 / 04 / 2021
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Şuranın üzvləri Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.

S.Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılaraq 2019-cu ilin may ayında açılışı olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) sosial sahədə vətəndaş məmnunluğuna yönəlik islahatların təzahürü olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına və "bir pəncərə"dən təqdim edilməsinə imkan verib.

Nazir 2019-2020-ci illərdə paytaxtda 3 DOST mərkəzinin, 2021-ci il martın 30-da isə dövlət başçısının iştirakı ilə 4 saylı DOST Mərkəzinin açıldığını deyib. DOST mərkəzləri tərəfindən 350 mindən çox vətəndaşa xidmət göstərildiyini, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 97,2% olduğunu diqqətə çatdırıb.

Hazırda Bakının 10 rayonu üzrə 4 DOST mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən S.Babayev Bakı əhalisinin artıq 1 milyon 915 min 200 nəfərinin DOST xidmətləri ilə əhatə olunduğunu bildirib. O, 2025-ci ilə kimi 16 regional DOST mərkəzinin və 46 rayon üzrə qəbul filiallarının açılmasının nəzərdə tutulduğunu deyib. Bildirib ki, növbəti DOST mərkəzi yaxın vaxtlarda Abşeron rayonunda açılacaq. Bərdə, Quba, Sabirabad rayonlarında, Sumqayıt, Gəncə şəhərlərində də DOST mərkəzlərinin yaradılması işləri aparılır.

Şuraya DOST Agentliyinin 2020-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edilib. İclasda Agentliyin daxili inkişafı istiqamətində planlaşdırılan optimallaşdırılma ilə bağlı qurumun Strateji Planının, Agentliyin və təsərrüfat cəmiyyətlərinin strukturunun yeni redaksiyada təsdiq edilməsi və s. məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
434

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər