Jurnalist Səbinə Əvəzqızı Prezident və birinci xanıma təşəkkür etdi: “Dövlətin diqqətini hər an hiss etdim” | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalist Səbinə Əvəzqızı Prezident və birinci xanıma təşəkkür etdi: “Dövlətin diqqətini hər an hiss etdim”

Qafar Ağayev15:07 - 20 / 04 / 2021
Jurnalist Səbinə Əvəzqızı Prezident və birinci xanıma təşəkkür etdi: “Dövlətin diqqətini hər an hiss etdim”

Bir müddət əvvəl xərçəng diaqnozu qoyulan Lent.az saytının redaktoru Səbinə Əvəzqızının müalicə xərclərini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşılayıb.

1news.az xəbər verir ki, bu barədə Səbinə Əvəzqızı öz “Facebook” hesabında yazıb. S.Əvəzqızının yazdığı statusu təqdim edirik:

“Dəyərli dostlar, bir qədər əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı. Məni az-çox tanıyanlar bilir ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmaq maddi imkanım xaricindədir. Problemdən xəbər tutan kimi həmkarlarım dərhal toplandılar, media ictimaiyyəti və bir sıra ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanladılar.

Müraciət yayıldıqdan cəmi bir neçə dəqiqə sonra isə artıq mənə zəng etdilər. Mənim müalicəmlə bağlı lazımı dəstək göstəriləcəkdi. Cəmi bir gün sonra Türkiyəyə gedib, öz seçdiyim xəstəxanada müayinə olunmağım təmin edildi. Təəssüf ki, Bakıdakı diaqnoz təsdiqləndi və müalicəmə başladım. Artıq kimya terapiya müalicəsinin ilk mərhələsini qardaş ölkədə aldım. Bütün bu günlərdə dövlətin diqqətini hər an hiss etdim.

Bu diqqət üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Bir insan üçün həyatının təhlükə qarşısında qaldığı anlarda üz tutacağı Dövləti, dəstəyi olmasını bilməsi çox böyük güvəndir.

Ən çətin anımızda illərlə xidmət etdiyimiz Dövlətimiz, Prezidentimiz bizi tək qoymur. Bu dəfə də belə oldu.

Bir daha Cənab Prezident İlham Əliyev, Birinci vitse prezident Mehriban Əliyevaya, bu müraciəti dərhal diqqətə çatdıranlara, hər gün yanımda olan əziz kollektivimə və media ictimaiyyətinə minnətdaram. Mən bu sevgini görəndən sonra artıq xərçəngə qalib gəldiyimi sanıram. Sizlərin sayəsində...” – deyə, jurnalist qeyd edib.

Paylaş:
793

Son xəbərlər

ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21
Bütün xəbərlər