Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib | 1news.az | Xəbərlər
Siyasət

Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

16:09 - 14 / 06 / 2021
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib.

Komitə sədri bildirib ki: "Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində Qarabağda qazandığımız tarixi qələbə soydaşlarımız arasında təşkilatlanma meyillərini daha da gücləndirib. Bu günlərdə həyata keçirilən "Yaşat" xeyriyyə marafonunda diasporumuzun göstərdiyi fəallıq buna bariz nümunədir və bu hər birimizdə sonsuz qürur hissi yaradıb. Bundan sonra xaricdəki hər bir azərbaycanlı dövlət müstəqilliyimizin qorunması, ölkəmizin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması istiqamətində çalışmalı, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər".

Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını və "Yaşat" xeyriyyə marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar nümayiş olunub.

Görüşdə nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət təmsilçiləri iştirak edib. Çıxış edənlər təşkilatlanmanın, lobbiçilik istiqamətində fəallaşmanın əhəmiyyəti, ölkəmizlə bağlı məlumatların qərb və Avropa mediasında işıqlandırılmasının vacibliyi barədə danışıb, Qarabağda qazandığımız qələbənin onlarda böyük ruh yüksəkliyi yaratdığını, Birləşmiş Krallıqdakı Azərbaycan diasporunun bu gündən etibarən daha mütəşəkkil fəaliyyət göstərəcəyini bildiriblər.

4 saatdan artıq davam edən dərin və maraqlı müzakirədə Şuranın yol xəritəsi cızılıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul edilib, Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.

Toplantı diaspor himninin səsləndirilməsi ilə başa çatıb.

Xatırladaq ki, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir.

Paylaş:
408

Son xəbərlər

Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33
Bütün xəbərlər