13 saylı cəzaçəkmə müəssisəsində 16 məhkuma əfv sərəncamı şamil edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

13 saylı cəzaçəkmə müəssisəsində 16 məhkuma əfv sərəncamı şamil edilib - FOTO

S.Xankişiyeva10:54 - 28 / 05 / 2022
13 saylı cəzaçəkmə müəssisəsində 16 məhkuma əfv sərəncamı şamil edilib - FOTO

Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, sərəncam bu müəssisədə 16 nəfərə şamil olunub.

12 məhkum azadlığa buraxılıb. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası yarıya endirilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın 27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Paylaş:
800

Son xəbərlər

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34
Bütün xəbərlər