Mədəniyyət Nazirliyi və “Araz” supermarketlər şəbəkəsi Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasını təşkil etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Nazirliyi və “Araz” supermarketlər şəbəkəsi Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasını təşkil etdi - FOTO

11:00 - 30 / 06 / 2022
Mədəniyyət Nazirliyi və “Araz” supermarketlər şəbəkəsi Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasını təşkil etdi - FOTO

Veysəloğlu Şirkətlər Qrupu, Şuşa, 30 iyun 2022 - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış edib.

“Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü ilə “Şuşa ili” çərçivəsində keçirilmiş bu tamaşa elə Şuşa şəhərində baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstək olduğu tədbirdə ictimaiyyət nümayəndələri, teatr xadimləri və media təmsilçiləri iştirak edib. Şuşa Dövlət Musiqili Dram Teatrı 1943-cü ildə təsis edilib və ona dahi Üzeyir Hacıbəylinin adı verilib, lakin bir neçə ildən sonra teatr bağlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Qarabağın işğalı səbəbilə Şuşada fəaliyyət göstərə bilməyən teatr uzun müddət Bakıda məskunlaşmalı olub.

Bərpa olunmasının ardından bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən teatr indiyədək heç vaxt Şuşada tamaşa göstərməyib. Şuşanın mədəniyyət həyatının qayıtmasında özəl sektorun öndə olan simalarından biri “Araz” supermarketlər şəbəkəsinin bu addımı milli-mənəvi dəyərlərimizin tarixi torpaqlarımızda yenidən canlanmasına xidmət edir.

Şirkətin korporativ sosial məsuliyyət yönümlü layihələri Azərbaycan cəmiyyətinə dəyər yaratmaq məqsədi daşıyır.

Vətəndaş olaraq, hər birimizin borcu vətənimizin bütövlüyü, xoşbəxt gələcəyi uğrunda atılan addımlara dəstək olmaqdır. Bu səbəbdən də istər fərd olaraq, istərsə də özəl sektoru təmsil edən müxtəlif şirkətlər Qarabağın bərpasına töhfə verməyə çalışırlar.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Reklam hüququnda

Paylaş:
126

Son xəbərlər

XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirBu gün, 13:44MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdurBu gün, 13:3961 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilibBu gün, 13:20Çavuşoğlu: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”Bu gün, 12:43Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMABu gün, 12:30Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirikBu gün, 12:26Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfərdən xəbər varBu gün, 12:08DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?Bu gün, 12:05Sabunçu polisi əməliyyat keçirdi, 61 nəfər tutuldu - FOTOBu gün, 11:49Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilirBu gün, 11:30Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayırBu gün, 11:16Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 10:51Ceyhun Bayramov Türkiyəyə yola düşübBu gün, 10:34Magistraturanın boş qalan yerlərinə qəbul elan edilibBu gün, 10:32“Huawei”in Azərbaycan nümayəndəliyinin “Gələcək üçün toxumlar” proqramının sayca 5-ci bağlanış tədbiri keçirildi – FOTOBu gün, 10:20Orta ixtisas təhsili müəssisələri üzrə ixtisas seçimi başlayıbBu gün, 10:10Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı ŞahinBu gün, 09:38Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubBu gün, 09:25Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 09:23İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 41-ə çatıbBu gün, 09:04
Bütün xəbərlər

Next TV