Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMA

Ayşən İsmayılova15:24 - 05 / 07 / 2022
Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMA

Yay fəslində insanların ən çox üstünlük verdiyi qidalardan biri də dondurmadır. Uşaqların sevimli qidası olan dondurma bəzən valideynlərlə uşaqlar arasında fikir ayrılığına səbəb olsa da, onun əslində insan orqanizminə bir çox faydası var.

Dondurma süd məhsulu olduğu üçün tərkibində kalsium və fosfor var ki, onlar da sümüklərin və dişlərin sağlamlığı üçün vacibdir. Bundan başqa, dondurmanın tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib sayılan kalium və maqnezium mövcuddur.

Ekspertlər dondurmanın tərkibində mərkəzi əsəb sisteminə müsbət təsir edən B qrupu vitaminlərinin olduğunu da açıqlayıblar. Bundan əlavə, dondurma yemək xoşbəxtlik hormonlarının ifrazını artırır ki, bu da əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur.

Lakin bəzi istehsalçılar bu faydalı qidanı insan orqanizmi üçün ciddi təhlükə mənbəyinə çevirirlər. Vaxtı keçmiş, yararsız dondurma məhsullarını bazara çıxaran işbazlar mənfəətləri naminə insanların sağlamlığını heçə sayırlar.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri çərçivəsində 2021-ci ilin dekabr ayında istehlaka yararsız və istifadə müddəti bitmiş 5513,44 kiloqram, bu ilin yanvar ayında isə 19 691.46 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

İstehlaka yararsız dondurma məhsulları məhv edilir

Hazırda dondurma bazarında vəziyyət necədir? Dondurma alarkən nələrə diqqət etmək lazımdır? 1news.az bu sualları Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanlayıb. Sədrin sözlərinə görə, hazırda dondurma istehsalı qida sahəsində ən çirklənmiş sahələrdən biridir. Ölkədə normal dondurma istehsalçıları olsa da, onlar öz bazarlarını qorumaq üçün media və əhali ilə birlikdə heç bir iş aparmırlar. Buna görə də ortada istehlakçılar aldadılır və həyatları təhlükədə qalır:

“Dondurma bazarı qida sahəsində ən çirklənmiş sahələrdən biridir. Ölkədə normal dondurma istehsalçıları olsa da, onlar öz bazarlarını qorumaq üçün media və əhali ilə birlikdə heç bir iş aparmırlar. Ona görə də ortada istehlakçılar aldadılır və həyatları təhlükədə qalır".

Dondurma bazarının hazırkı vəziyyətindən danışan Eyyub Hüseynov yalnız bir müəssisəyə “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı”nın verildiyini qeyd edib:

“Ölkədə 20-dən çox dondurma istehsalçısı var. Biz Azad İstehlakçılar Birliyi olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsü ilə 2013-cü ildə yalnız bir dondurma istehsalçısına “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı”ı verə bildik. Bu “İceland” dondurma istehsalçısıdır. Biz həmin müəssisədə vaxtaşırı monitorinqlər aparırıq, qida təhlükəsizliyinin necə təmin olunduğunu daim izləyirik. Digər dondurma istehsalçıları bu nişana layiq görülmədilər.

Lakin bazarı qorumaq üçün “İceland” özü də demək olar ki, heç bir iş aparmır. Bu susqunluq Azad İstehlakçılar Birliyini çox narahat edir. Standartlara uyğun dondurma istehsal edən müəssisə gərək çəkinməsin. Bazardakı mövcud vəziyyəti təhlil etsin, kütləvi informasiya vasitələri və dövlət orqanları ilə fəal iş aparsın”.

“Dondurma mövsümü başlayandan bəri əhalidən Azad İstehlakçılar Birliyinə hər həftə 4-5 telefon zəngi gəlir” – deyə sözlərinə davam edən sədr istehlakçıların nələrə diqqət etməli olmağından da danışıb:

“Dondurma mövsümü başlayandan bəri əhalidən Azad İstehlakçılar Birliyinə qiyməti, necə seçmək, nələrə diqqət etmək barəsində hər həftə 4-5 telefon zəngi gəlir. Bu zaman istehlakçılara izah edirəm ki, dondurma tez həzmolunan yüksək kalorili süd məhsuludur. Dondurma istehsalında onun yağlılığını artırmaq üçün kərə yağından istifadə olunmalıdır. Əgər dondurma yeyərkən dilin üzərində və boğazda acılıq olursa, bu həmin dondurmanın istehsalında kərə yağı yerinə əksər hallarda vaxtı keçmiş marqarinlərdən və bitki yağlarından istifadə olunduğunu göstərir. Çünki dondurma dilin üzərinə qoyulanda təzə qaymaq dadı verməlidir. Dondurmalar bəzən açıq, bəzən də bükülmüş halda satılır. Bükülmüş dondurma alan zaman əgər qablaşdırması səliqəsiz vəziyyətdədirsə, bu onun temperatura məruz qaldığını, yəni əridilərək yenidən dondurulduğunu göstərir. Bu isə o deməkdir ki, bu dondurma çirklənmiş dondurmadır və istehlak üçün yararsızdır.

Ölkəmizdə satılan dondurmaların böyük hissəsi xaricdən gətirilir və bu dondurmalar daşınma zamanı temperatur riskinə məruz qala bilir. Çirklənmiş dondurmalar xaricdən gətirilmiş dondurmalar içərisində daha çox olur. Bununla yanaşı, açıq şəkildə satılan dondurmalarda da problemlər yaşanır. Çünki belə dondurmalar qablaşdırılmadığı üçün onların istehsal tarixi və yararlılıq müddəti olmur. Belə hallarda da istehlakçılar aldadılır.

Qablaşdırılmış dondurma alan zaman mütləq onun istehsal və son istifadə müddətinə fikir vermək vacibdir. İstehsal tarixi yeni olan dondurmalara üstünlük verilməlidir. Meyvəli dondurma alan zaman xüsusən diqqətli olmaq lazımdır. Çünki zəhərləmə halları ola bilər. Ümumiyyətlə dondurmanı biroturuma çox yemək olmaz. 200-250 qramdan artıq yeyilməməyi məsləhət görülür. Çünki bədən temperaturu bir anda aşağı düşər və bu da xəstəliklərə səbəb ola bilər. Xüsusən də, şəkər xəstəsi olan insanlara şirin dondurmalar yemək məsləhət görülmür.

Qida təhlükəsizliyi Agentliyi hər məhsulun o cümlədən dondurmaların təhlükəsizliyinə dair sənəd verir və istehlakçıların açıq dondurma alan zaman malın istehsal və son istifadə tarixini göstərən sənədləri satıcıdan tələb etmək hüququ var”.

Yerli və xarici dondurmaların bazarlardakı yerindən və qiymətindən danışan E.Hüseynov istehlakçıları dondurma alarkən diqqətli olmağa səsləyib və şikayətləri olduğu zaman 1003 qaynar xəttinə zəng edərək Qida təhlükəsizliyi Agentliyinə məlumat verməyi tövsiyə edib:

“Dondurmaların qiymətinə gəlincə, bu dövlət tərəfindən tənzimlənmir, müstəqildir. Yəni eyni bir dondurma ayrı-ayı yerlərdə fərqli qiymətlərə satıla bilər. Bəzən də başqa ölkələrdən dondurmaların etiketinin dəyişdirildiyini görürük. Bəzən bir Azərbaycan idxalçısı xarici ölkədən dondurma gətirir, başqa bir yerli istehsalçı isə o məhsula oxşar, adına bir hərf artıraraq yeni dondurma buraxır. Biz uzun müddət qanuni şəkildə idxal olunan “Oreo” markalı dondurmanı “Orego” adı altında istehsal edən yerli istehsalçı ilə mübarizə aparmışıq. İstehlakçıların dondurmalarla bağlı şikayətləri və ya şübhələri olarsa, 1003 qaynar xəttinə zəng edərək Qida təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.

Ayşən İsmayılova

Paylaş:
1095

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər