Şəkidə avtoservis yanıb- YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə avtoservis yanıb- YENİLƏNİB

12:22 - 06 / 07 / 2022
Şəkidə avtoservis yanıb- YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə avtomobil təmiri sexində yanğın barədə məlumat yayıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 245 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 195 m² sahədə və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:39

Şəkidə avtomobil təmiri sexlərində yanğın olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şəki şəhəri, Sarabski küçəsində, rayon sakini Şakir Zakir oğlu Xəlilova məxsus, ümumi sahəsi 245 kvadratmetr olan maşın təmiri sexlərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 15 şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexlərin 195-kv/m-lik sahəsinin yanar konstruksiyaları və təmirə qoyulan "VAZ 2107" markalı maşın yanıb. "Mercedes" markalı maşın yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
250

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər