"İrsad" Sea Breeze-da mağaza açdı - FOTO

Smartfon, elektronika və məişət texnikası sahəsində geniş çeşid, 40.000-dən çox məhsul seçimi və əlçatan qiymətlər təklif edən “Irshad” mağazalar şəbəkəsi ölkə üzrə fəaliyyətini genişləndirməyə davam edir.
Şirkət bu dəfə müasir dizaynı və ideal lokasiyası ilə seçilən 55-ci, Bakı şəhəri üzrə isə 27-ci mağazasını Sea Breeze – Lighthouse Mall ərazisində alıcılara təqdim edib. Sea Breeze sakinləri və qonaqları "Irshad"ın zəngin məhsul çeşidi, sərfəli taksit imkanları və yüksək xidmət səviyyəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Yeni mağaza geniş məhsul seçimi ilə alıcılara smartfonlardan tutmuş televizorlara, məişət texnikasından aksesuarlara qədər müxtəlif kateqoriyalarda məhsullar təqdim edir. Faizsiz və ilkin ödənişsiz taksitlər, mövsümə özəl kampaniyalar, eləcə də peşəkar satış heyəti ilə müştərilərə rahat və keyfiyyətli alış-veriş təcrübəsi təqdim olunur. Həmçinin açılışa özəl 19–20 iyul tarixlərində qüvvədə olacaq xüsusi kampaniya çərçivəsində bütün məhsulların endirimli qiymətini 12 aya faizsiz və komissiyasız taksitlə əldə etmək də mümkün olacaq.
"Irshad" yalnız satış yönümlü fəaliyyətlə kifayətlənməyərək yerli məşğulluğun artırılmasına da dəstək verir. Şirkət yeni açılan mağazalarda çalışmaq üçün əsasən həmin ərazidə yaşayan işaxtaranları işlə təmin edir. Bu yanaşma həm bölgələrin inkişafına töhfə verir, həm də sosial məsuliyyətin bir göstəricisidir.
Qeyd edək ki, yaxın vaxtlarda Tərtərdə də yeni mağazası fəaliyyətə göstərəcək. Bu, “Irshad”ın bölgələrdəki mövcudluğunu daha da gücləndirməklə yanaşı, yerli sakinlər üçün də əlçatan və keyfiyyətli xidmət imkanlarını artıracaq.
Reklam hüququnda




