Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub
Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
1news.az “Qafqazinfo”ya istinadən hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
60












