Ankarada təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ankarada təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir - FOTO

Qafar Ağayev10:41 - Bu gün
Ankarada təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir - FOTO

Azerbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 qəhrəman hərbçi ilə Ankarada Mürted Hava Meydanı Komandanlığında vida mərasimi keçirilir.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhidlərin nəşləri mərasimdən sonra dəfn olunacaqları yerə yola salınacaq.

Mərasimdə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz, TBMM-in sədri Numan Kurtulmuş, Milli Müdafiə Naziri Yaşar Güler, dövlət rəsmiləri, şəhid ailələri, siyasətçilər və TSK komandanlığı iştirak edir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər