Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb

14:28 - Bu gün
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında, quru ot və qamışlıq sahəsində qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.

Yanğının səbəbləri araşdırılır.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər