Bərdədə qəza olub, ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə qəza olub, ölən və yaralananlar var

First News Media09:35 - Bu gün
Bərdədə qəza olub, ölən və yaralananlar var

Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb.

Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər