4S şirkəti Caspian Agro sərgisində yeni innovativ kənd təsərrüfatı məhsullarını təqdim edəcək – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

4S şirkəti Caspian Agro sərgisində yeni innovativ kənd təsərrüfatı məhsullarını təqdim edəcək – FOTO – VİDEO

16:00 - 13 / 05 / 2019
4S şirkəti Caspian Agro sərgisində yeni innovativ kənd təsərrüfatı məhsullarını təqdim edəcək – FOTO – VİDEO

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri – 13-cü Caspian Agro sərgisi keçiriləcək.

Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan 4S şirkəti artıq ikinci dəfə bu sərgidə iştirak edəcək.

4S şirkətinin direktoru Elxan Ələkbərov qeyd etdi ki, bu il biz rəsmi tərəfdaşımız olan Almaniyanın CLAAS şirkətinin əsas yeniliyi olan yüksək keyfiyyətli yem tədarükündə əvəzedilməz JAGUAR silosbiçən kombaynının imkanlarını nümayiş etdirmək üçün onu həm canlı olaraq göstərəcəyik, həm də kombaynı idarə etmək istəyənlərə 3D eynəkləri vasitəsi ilə  xüsusi virtual tur imkanı yaradacayıq.

“Siz özünüzü kombaynın daxilində hiss edəcək, onun aqreqatları və mühüm funksiyalarına sözün hərfi mənasında “toxuna” biləcəksiniz. Əminəm ki, bu səyahət sizin üçün unudulmaz olacaq.

Bununla paralel AQROSALON 2018 sərgisinin bürünc mükafaçısı olan texnikanın məsafədən diaqnostikasını həyata keçirən CLAAS REMOTE SERVICE (CRS) proqramını təqdim edəcəyik, bu yenilik bu ildən başlayaraq AXION traktorunda, həm JAGUAR silosbiçən kombaynında, həm də digər texnikalarda tətbiq ediləcəkdir. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, ekspluatasiya və diaqnostika ilə bağlı məlumatları servis mərkəzinə ötürərək yarana biləcək problemləri dəfələrlə tez həll etməyə imkan verir.

Bu texnologiyanı biz CLAAS stendindəki EASY rəqəmsal həllər zonasında təqdim edəcəyik. Siz stendimizdə eyni zamanda həm GPS naviqasiya terminalları və TELEMATICS tətbiqi ilə tanış ola biləcəksiniz.

Daha bir diqqətçəkən məqam sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatı, NEXOS bağ və üzümçülük üçün nəzərdə tutulmuş traktoru, ROLLANT UNIWRAP press bağlayıcısı, geniş çaplı DISCO 9200 və 3200 qoşmaları, AXION 850 modelli traktorun istismarı incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı olacaqdır”.

Elxan Ələkbərov onuda vurğulayıb ki, 4S şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-nın LINDSAY şirkətinin stendində müasir  suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemlərini nümayiş etdiriləcəyik:

“Xüsusən ekspertlərimidən FieldNET distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkün olacaqdır ki, burada sektorunda ilk dəfə olaraq LINDSAY şirkəti öz dairəvi suvarma sistemlərini idarə edən naqilsiz şəbəkəsini təqdim edəcəkdir. FieldNET üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.

LINDSAY şirkətinin daha bir məhsulu olan – Pivot Control innovativ kontrolleri mövcud olan istənilən elektrik pivot suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal bir həlldir. Bu platformanın tətbiqi ilə idarə etmə rahatlaşır, effektivlik isə bir neçə dəfə artır.

Açıq pavilionda isə 4S şirkəti olaraq əməkdaşlıq etdiyimiz digər brendlərdən İspaniyanın ID-DAVID, Almaniyanın AMAZONE şirkətlərinə məxsus kənd təsərrüfatı avadanlıqları nümayiş etdiriləcəyik”.

4S şirkəti 15-17 may tarixlərində Bakı Ekspo mərkəzində stendləri ziyarət etməyə dəvət edir.

Əlaqə üçün:

“4S” MMC

Səbail dairəsi, Salyan yolu 14

Əlaqə: *3131

FB: https://www.facebook.com/ssss.az/

[email protected]

www.ssss.az

Reklam hüququnda

Paylaş:
883

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər