1news.az

7 yaşlı oğlan çayda gizli xəzinə tapdı

20 Sentyabr saat 16:42 ~ 1 dəqiqəlik oxu 81
7 yaşlı oğlan çayda gizli xəzinə tapdı

Şotlandiyanın Şimali Lanarkşir əyalətinin Bonkl kəndindən olan 7 yaşlı Kempbel But (Campbell Booth) çayda gəzərkən gizli xəzinə aşkar edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə məlumatı Daily Mirror qəzeti yayıb.

Qəzetin yazdığına görə, Kempbel atası Qrem (Graeme) və itlə çay kənarında gəzərkən Kalder çayının sahilə yaxın hissəsində sarı parıldayan əşya görüb. 7 yaşlı oğlan gördüyü sarı əşyanın şokolad moneti olduğunu düşünərək onu sudan götürmək qərarına gəlir. "Götürüb diqqətlə baxdıqda başa düşdüm ki, bu metaldır. Biz oradan qızıl və gümüşdən olan boyunbağı tapdıq", - Kempbel qeyd edib.

7 yaşlı oğlan  tapdıqları xəzinənin dəyərini bilməsə də, əşyaların çox ağır olduğunu deyib.

Kempbelin atası Qrem isə bildirib ki, onlar xəzinəni polisə təslim etmək qərarına gəliblər.
"Düşündük ki, bu, kiminsə nənəsinin bəzək əşyaları ola bilər və polisə təqdim edib, qanuni yolla sahibinə qaytarmaq istədik".

Polis isə tapılan əşyaların əvvəllər hər hansı cinayət əməli ilə bağlı olub-olmadığını araşdırır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net