8-ci km bazarında reyd: mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

8-ci km bazarında reyd: mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

12:41 - 20 / 11 / 2019
8-ci km bazarında reyd: mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.

AQTA-dan 1news.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.

Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir.

Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən “Bolluq” marketə gətirilərək satılır.

Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən “Vüsal” marketə məxsus “Samrac 1001 xırdavat” adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam edir.

S.Xankişiyeva

Paylaş:
401

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər