ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

09:18 - 24 / 10 / 2019
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyənin “Sülh çeşməsi” əməliyyatının 120 saatlıq dayandırılması ilə bağlı anlaşma mövzusunda açıqlamalar verib.

1news.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Suriyada əməliyyatları dayandırdığını xatırladan Tramp bu ölkəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib. Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək deyib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsini çox sevən bir liderdir. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

ABŞ-ın Maliyyə Nazirliyindən verilən yazılı məlumatda Türkiyəyə “Sülh çeşməsi” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyaların ləğv olunduğu bildirilib. Məlumata görə, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.

1news.az

Paylaş:
643

Son xəbərlər

ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21
Bütün xəbərlər