Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib - FOTO

13:06 - 25 / 05 / 2019
Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib - FOTO

Bu gün may ayının 24-də Beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, görkəmli dilçi-alim, türkoloq və ictimai-siyasi xadim, elm və təhsil təşkilatçısı, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın Prezidenti Akif Əlizadə tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor Afad Qurbanovun elmi fəaliyyətinin Respublikanın elmi ictimaiyyəti üçün kəsb etdiyi dəyəri vurğulayıb.  

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris Əliyev, Rusiya Elmlər Akademiyasının Prezidentinin müavini Akademik Taliya Xabriyeva iştirak etdiyi konfransda AMEA-nın Vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov, Türk Dil Qurumunun rəhbəri Prof. Dr. Gürer Gülsevin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərov, Türk Dil Qurumunun sabiq rəhbəri, Hacəttəpə Universitetinin professoru, Sözcüluk Mərkəzinin direktoru Prof. Dr. Şükrü Halük Akalın çıxış edib.

Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olmuşdur.

O, pedaqoji fəaliyyətə 16 yaşında ikən orta kənd məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlamışdır. Aspirantlıqdan Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavininə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoymuş, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaratmışdır.

O, tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur. 70-80-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır. 1990-ci ildə Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri və müasir Azərbaycan Əlifbasının müəllifi kimi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olmuşdur. Afad Qurbanovun çoxsaylı monoqrafiya və dərslikləri dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir. Onun müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.

Qeyd edək ki, 2019-cu ildə görkəmli dilçi-alim, türkoloq və ictimai xadim Afad Qurbanovun anadan olmasının 90 illiyi ilə bağlı həyata keçirilən silsilə tədbirlər sırasında akademikə müxtəlif tarixlərdə tanınmış xarici və yerli alimlər və dilçilik sahəsində yetişdirdiyi mütəxəssislər tərəfindən hədiyyə olunan kitablar və onlarda əks olunan ürək sözləri barədə «Dilçilik elmində Afad Qurbanov zirvəsi» adlı xüsusi xatirə kitabı nəşr edilib.

Həmçinin Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilin hərtərəfli araşdırılması və tədrisində böyük xidmətləri olan A.Qurbanovun müəllifliyi ilə müxtəlif tarixlərdə nəşr olunmuş bəzi irihəcmli kitablarından ibarət 13 cilddə seçilmiş əsərlərinin toplusu hazırlanıb. Həmin kitablar sırasında onun 3 cilddə “Ümumi dilçilik” dərsliyi, 2 cilddə "Azərbaycan onomalogiyasının əsasları” monoqrafiyası, 2 cilddə “Müasir Azərbaycan ədəbi dili” dərsliyi və Praktikumu, 2 cilddə “Azərbaycan dilçiliyi problemləri” monoqrafiyası, “Bədii mətnin linqvistik təhlili” dərsliyi, “Türkoloji dilçilik” monoqrafiyası, “Azərbaycanlı şəxs adları Ensiklopediyası” kimi fundamental kitabları dünya və milli dilçilik xəzinəsinin ən kamil və dəyərli incilərindəndir.

Bununla yanaşı, “Azərmarka” Afad Qurbanovun 90 illik yubileyi ilə əlaqədar akademikə məxsus markaları dövriyyəyə buraxıb.

Paylaş:
1270

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər