AFFA jurnalist İlkin Xəlilova təzyiq göstərilməsi xəbərinə münasibət bildirdi | 1news.az | Xəbərlər
Futbol

AFFA jurnalist İlkin Xəlilova təzyiq göstərilməsi xəbərinə münasibət bildirdi

22:23 - 16 / 06 / 2019
AFFA jurnalist İlkin Xəlilova təzyiq göstərilməsi xəbərinə münasibət bildirdi

Bu gün sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb.

Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib.

İlkin Xəlilov daha sonra verdiyi müsahibəsində telekanal rəhbərliyinin ona təzyiq göstərməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatları təsdiq etdi.

Sosial şəbəkələrdə jurnalistin müdafiəsinə yönəlmiş kampaniya başlandı. Bununla yanaşı İlkin Xəlilova təzyiq göstərilməsinə görə AFFA ittiham olunur.

1news.az məsələni aydınlaşdırmaq üçün AFFA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Firuz Abdullaya müraciət edib.

“Sosial şəbəkələrdə guya AFFA-nın iştirakı ilə gənclərdən ibarət milli komanda (U-21) ilə bağlı tənqidi reportajına görə jurnalist İlkin Xəlilova təzyiq göstərilməsi və onun işini itirə biləcəyi ilə bağlı xəbərlər yayılıb. AFFA hər zaman konstruktiv tənqidi müdafiə edib. Əsas odur ki, tənqid təhqirə keçməsin. AFFA heç zaman istənilən jurnalist materiallarına, süjet və reportajlara görə aqressiv mövqe nümayiş etdirməyib. AFFA-nın mövqeyi bu dəfə də fərqlənmir. Assosiasiya hər hansı bir əməkdaşın işdən çıxarılması ilə bağlı heç kimə müraciət etməyib. Sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir. AFFA-nın ATV-yə hər hansı bir formada təzyiq göstərməsindən söhbət belə gedə bilməz. Bu bizim səlahiyyətimizə aid məsələ deyil” – deyə, F.Abdulla bildirib.

İlkin Xəlilovun özü də “Yenisabah”a açıqlamasında yaranmış vəziyyəti şərh edib. Xüsusən, AFFA-nın onun işdən çıxarılmasını tələb edə biləcəyinə inanmadığını qeyd edib.

“AFFA-nın bu addımı atacağına inanmıram. Onları dəfələrlə tənqid etmişəm. Artıq 17 ildir ATV-də çalışıram və dəfələrlə tənqidi reportajlar hazırlamışam.

AFFA-dan heç kim mənə zəng etməyib. Kanalın rəhbərliyinə zəng edəndə mənə demirlər. Ola bilsin zəng edib narazılıqlarını bildiriblər. Amma düşünmürəm ki, “bu insan bu reportaja görə işdən çıxarılmalıdır” deyə bir şərt qoyulub. Elxan Məmmədovu nə qədər tənqid etsəm də, onun bunu belə bir addım ata biləcəyinə inanmıram. İşdən çıxarma kanalın təşəbbüsüdür.

Mənə dedilər ki, guya jurnalist olmağımdan istifadə edərək AFFA-nı təhqir etmişəm. Maraqlıdır ki, AFFA məsələ ilə bağlı öz etirazını bildirmədiyi halda ATV rəhbərliyi onun vəkili kimi çıxış etməyə qərar verdi.

Hazırda telekanalın əməkdaşıyam. Burada qalıb-qalmayacağımla bağlı məsələyə sabah aydınlıq gələcək”- deyə, İ.Xəlilov bildirib.

1news.az

Paylaş:
1130

Son xəbərlər

Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21
Bütün xəbərlər