AFFA-nın nizamnaməsində dəyişikliklər edildi | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın nizamnaməsində dəyişikliklər edildi

12:09 - 08 / 01 / 2020
AFFA-nın nizamnaməsində dəyişikliklər edildi

Bu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.

1news.az qol.az-a istinadən xəbər verir ki, "Bulvar otel"də təşkil olunan yığıncağın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olub. Həmçinin digər məsələlər də nəzərdən keçirilib. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib.

Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi qərara alınıb:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını bildirib. Bununla da Konfrans işini başa vurub.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası başlanıb.

1news.az

Paylaş:
588

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər