1news.az

Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? - Məmməd-Quliyevdən cavab

15 Noyabr saat 09:54 ~ 1 dəqiqəlik oxu 318
Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq? -  Məmməd-Quliyevdən cavab

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların bu ilin sonuna kimi başa çatdırılması gözlənilmir.

Bu barədə 1news.az-a  xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

Onun sözlərinə görə, gələn ilin birinci yarısında sazişin yekunlaşması mümkündür.

M.Məmməd-Quliyev deyib ki, danışıqlar normal qaydada davam etdirilir, bəzi sektorlar üzrə 50 faiz, bəziləri üzrə isə bəlkə də daha çox məsələlər razılaşdırılıb:

“Bu, sadə bir iş deyil. Avropa İttifaqı böyük bir təşkilatdır, 28 üzv dövləti birləşdirir. Hər danışıqlardan sonra həmin dövlətlərə məlumat verilir, onlar bu məsələləri nəzarətdə saxlayırlar. Ona görə də bu, asan iş deyil. Mühüm bir sazişdir və burda tələsmək olmaz. Əlbəttə, gecikmək də lazım deyil. Amma əsas bu sənədin keyfiyyətli olmasıdır. Yəni, bu saziş həqiqətən də ölkəmizə həm iqtisadi, həm siyasi və s. sahələrdə dvidentlər gətirməlidir. Ona görə də keyfiyyət birincidir. Amma eyni zamanda da şübhəsiz ki, gecikmə də olmamalıdır”.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net