1news.az

Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı göndərirəm”

24 Oktyabr saat 17:55 ~ 1 dəqiqəlik oxu 1740
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı göndərirəm”

Türkiyəli məşhur müğənni Ajda Pekkan da erməni terrorunu pisləyənlər və Azərbaycana dəstək verənlər sırasına qoşulub.

1news.az oxu.az-a istinadən xəbər verir ki, , özünün "İnstagram" hesabında yazıb:

"Azərbaycanlı qardaşlarımın gecə yatdıqları zaman üzərilərinə bomba atılmasını şiddətlə qınayıram.

Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar arzulayıram. Türkiyə olaraq daim yanlarında olduğumuzu bilmələrini istəyir və buradan azərbaycanlı qardaşlarımıza sevgi və ehtiramımı göndərirəm. Tanrıdan dünyamıza sülh və əminamanlıq arzulayıram".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net