Alimlər qlobal istiləşməni dayandırmağın sadə üsulunu tapıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Alimlər qlobal istiləşməni dayandırmağın sadə üsulunu tapıblar

17:26 - 09 / 07 / 2019
Alimlər qlobal istiləşməni dayandırmağın sadə üsulunu tapıblar

Qırılan meşələrin böyük hissəsini bərpa etməklə, orta illik temperaturun və atmosferdə karbon qazının həcminin bundan sonrakı artım sürətini dərhal azaltmaq və hətta dayandırmaq mümkün ola bilər. Bu meşələr insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının üçdəbirini udmağa qadir olacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, alimlər bu barədə "Science" jurnalında yazırlar.

"Hamıya məlumdur ki, meşələrin bərpası bizə qlobal istiləşmə ilə mübarizədə yardımçı ola bilər, lakin bu vaxta qədər heç kim onların fəaliyyət gücünü dəqiq qiymətləndirə bilməyib. Hesablamalarımız göstərir ki, bu, iqlim dəyişmələri ilə mübarizədə hələ ki, ən yaxşı üsuldur. Biz indi hərəkətə keçsək, o zaman atmosferdə karbon qazının payını dörddəbirədək aşağı salmağa nail ola bilərik", - deyə Sürixdəki İsveçrə Ali Politexnik Məktəbindən Tom Krauter bildirir.

Meşələrin sanksiyalaşdırılmış və qeyri-qanuni yolla qırılması bu gün Yer kürəsinin ekologiyası və iqlimi üçün başlıca problemlərdən biri kimi qalmaqdadır. NASA-nın dəyərləndirməsinə görə, meşələrin qırılması son 10 il ərzində 62 faiz artaraq rekord göstəriciyə çatıb.

Peyk ölçülərinə müvafiq olaraq, hər il Yer kürəsi Seylon adasının sahəsi ekvivalentində nəhəng meşə massivlərindən məhrum olur. Meşələrin qırılmasının böyük hissəsi tropiklərin payına düşür. Planetimizin səthi üç trilyona yaxın ağacı saxlayır.

İqlimşünasların müşahidələri göstərir ki, meşələrin qırılması təkcə böyük miqdarda karbon qazı uducularının məhvinə deyil, həm də ekologiya sistemi və iqlimin fəaliyyətində digər çoxsaylı dəyişikliklərə gətirib çıxara bilər. Ağaclar torpağın səthini sərinləşdirməklə, küləyin hərəkətini tənzimləməklə, suyun həddən artıq buxarlanmasına mane olmaqla, atmosferi sərinləşdirən, Günəşin istiliyini və işığını əks etdirərək kosmosa qaytaran aerozol mənbəyi rolunu oynayır.

Krauter və onun həmkarları meşələrin təbiətdə karbon qazı cərəyanına necə güclü təsir etməsi və meşələrin əvvəlki sahələrinin bərpasının iqlimə və istixana qazları tullantılarına necə təsir göstərməsi üzərində düşünüblər.

BMT-nin cari dəyərləndirmələrinə görə, Yer kürəsində meşələrin ümumi sahəsi hazırda 5,5 milyard hektar təşkil edir. Bununla yanaşı, bu sahənin yarısı ağac çətirlərinin payına düşür. Krauterin və onun həmkarlarının fikrincə, hər iki göstəricini insan həyatına və Yer kürəsinin iqtisadiyyatına heç bir xələl gətirmədən, qırılan meşələrin bir hissəsini bərpa etmək yolu ilə təqribən üçdəbirədək çox asanlıqla qaldırmaq mümkündür.

1news.az

Paylaş:
512

Son xəbərlər

Builki bayram günlərində ötən il ilə müqayisədə yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər