ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

12:57 - 18 / 07 / 2019
ANAMA: 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2015-ci ildən bu günə qədərki dövr ərzində fəaliyyəti ilə bağlı məlumat yayıb.

Agentlikdən 1news.az-a verilən məlumatda bildirilir ki, 2015-ci ildən indiyədək ANAMA tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatlar (tək sursat əməliyyatları) aparılıb, 3 milyon 813 min 674 kvadratmetr ərazi yoxlanılıb və nəticədə 16 min 493 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 milyon 431 min 256 kvadratmetr ərazi təmizlənib, 803 min 907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

ANAMA ilə NATO/NSPA əməkdaşlığı çərçivəsində "Saloğlu layihəsi" üzrə 2005-2011-ci illərdə 5 milyon 700 min kvadratmetr və 2012-2018-ci illərdə "Ceyrançöl təmizləmə layihəsi" üzrə 66 milyon kvadratmetr ərazinin təmizlənməsi üzrə əməliyyatlar uğurla yerinə yetirilib. Nəticədə "Saloğlu layihəsi" və "Ceyrançöl təmizləmə layihəsi" çərçivəsində ümumilikdə 658 min 526 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

1news.az

Paylaş:
649

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər