Avinyan: Ermənistan, Rusiya, Gürcüstan və İran elektrik şəbəkələrini birləşdirir | 1news.az | Xəbərlər
Ermənistan

Avinyan: Ermənistan, Rusiya, Gürcüstan və İran elektrik şəbəkələrini birləşdirir

09:51 - 18 / 07 / 2019
Avinyan: Ermənistan, Rusiya, Gürcüstan və İran elektrik şəbəkələrini birləşdirir

Ermənistan, Rusiya, Gürcüstan və İranın enerji şəbəkələrinin birləşdirilməsi 2-3 il ərzində tamamlana bilər.

1news.az xəbər verir ki, bu RİA Novosti-yə müsahibəsində Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Qeyd edək ki, hələ 2015-ci ilin dekabr  ayında Ermənistan, Rusiya, Gürcüstan və İran qarşılıqlı elektrik axınlarının və enerji sistemlərinin təhlükəsizliyinin idarəolunması səviyyəsinin yaxşılaşdırılması üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Avinyanın sözlərinə görə, hazırda Ermənistan tərəfi Gürcüstan və İranla yüksək gərginlikli xətt çəkir. O deyib ki, Ermənistan, Gürcüstan, Rusiya və İran şəbəkələrinin fəaliyyətinin sinxronlaşdırılması vacibdir: 

“Şəbəkələrin birləşdirilməsinin məqsədi tək bir qlobal bazarın və qlobal enerji infrastrukturunun olmasıdır. Biz Rusiya ilə sinxron şəkildə işləmək və ya tezliklərin konvertasiya edilməsinə imkan verəcək bir sistem qurmaq istəyirik".

Daha əvvəl baş nazirin müavini deyib ki, Ermənistan nüvə enerjisindən imtina etmək niyyətində deyil və indi yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı Rusiya ilə danışıqlar aparır.

P.S.

Paylaş:
821

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər