1news.az

Avropa Komissiyasının yeni prezidenti seçilib

17 İyul saat 10:25 ~ 1 dəqiqəlik oxu 85
Avropa Komissiyasının yeni prezidenti seçilib

Avropa Parlamenti Avropa Komissiyasının yeni prezidenti kimi Almaniyanın müdafiə naziri olan Ursula fon der Lyayeni təsdiqləyib.

1news.az xarici mediaya istinadla xəbər verir ki, onun lehinə 383, əleyhinə 327 deputat səs verib, 22 nəfər bitərəf qalıb.

Xanım Lyayen bu vəzifəyə seçilmək üçün ən azı AP-nin 747 deputatdan 374-nün səsini almalı idi.

İyulun 2-də Brüsseldə keçirilən Aİ zirvəsində onun namizədliyini Almaniya kansleri Angela Merkeldən başqa, 27 sammit iştirakçısı dəstəkləyib. Merkelin bitərəf qalmasına səbəb bu namizədin kanslerin partiyasının koalisiya tərəfdaşı olan sosial-demokratların dəstəyini almaması olub.

Lyayen yeni vəzifəsinin icrasına bu il noyabrın 1-dən başlayacaq.

Alman siyasətçisinin əsas rəqibi holland sosial-demokrat Frans Timmermans olub. Lakin İtaliya və Viseqrad qrupu ölkələri-Polşa, Macarıstan, Slovakiya və Çexiya onun namizədliyinə qarşı çıxıblar.

Uzun müzakirələr nəticəsində Aİ zirvə toplantısı iştirakçıları kompromis varianta gəliblər - Avropa İttifaqında əsas vəzifəyə rəsmi yarışda iştirak etməyən bir siyasətçini namizəd göstərmək.

Alman nazir bu vəzifədə  1 noyabr 2014-cü il  tarixindən etibarən Aİ-nin icraedici orqanının rəhbəri olan Jan-Klod Yunkeri əvəzləyəcək.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net