Avropa Parlamentinin iclasında Qarabağdakı müharibə müzakirə olundu | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin iclasında Qarabağdakı müharibə müzakirə olundu

10:02 - 20 / 01 / 2021
Avropa Parlamentinin iclasında Qarabağdakı müharibə müzakirə olundu

"Avropa Parlamentinin plenar iclasında Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə İllik Hesabat müzakirə olunur" .

Bu barədə 1news.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev məlumat verib.

Onun sözlərinə görə, hesabat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən hazırlanıb və komitənin sədri Mac Allister tərəfindən müzakirəyə təqdim olunur:

"Hesabat Avropa Komissiyasının 2021-ci ldə Xarici Siyasət və Təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirir və Avropa hökümətinə tövsiyyə xarakteri daşıyır. 

Bu hesabatda Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ayrıca fəsil yer alır və bu fəsildə Şərq tərəfadaşlığı ölkələrində mövcud problemlərin həlli ilə bağlı Avropa İttifaqının mövqeyinə dair müddəalar var. 

Hesabat Layihəsinin 23-cü bəndində Şərq Tərəfdaşlığına daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək verilməsinin vacibliyi qeyd olunub".  

C.Feyziyev bildirib ki, 24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır:

"Avropa Parlamenti münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır. Avropa Parlamenti hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. AP Aİ hökümətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırır".

Qafar Ağayev 

Paylaş:
504

Son xəbərlər

Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41
Bütün xəbərlər