Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub | 1news.az | Xəbərlər
Siyasət

Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub

09:14 - 14 / 11 / 2019
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub

Noyabrın 13-də Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulluğunun açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, fəxri konsulluğun açılışında diplomatik korpusun, Zaltsburq Federal Əyalət Administrasiyasının, Zaltsburq şəhər meriyasının, müxtəlif şirkət və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində hər iki ölkənin dövlət himni səsləndirilib.

Fəxri konsul Mixael Haynritsi tədbiri giriş sözü ilə açaraq Azərbaycan və Avstriya arasında oxşar cəhətlərdən bəhs edib. O, bir müddət öncə Azərbaycanın Avstriyanın üç federal əyalətində fəxri konsul təyin edilməsindən məmnun olduğunu bildirərək, konsulluğun Azərbaycan və Avstriya arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi, iki ölkə arasında müxtəlif sahələrdə körpülərin qurulmasında var gücünü sərf edəcəyini vurğulayıb. Fəxri konsul Çinlə Avropa arasında strateji mövqedə yerləşən Azərbaycanın Avstriya üçün əhəmiyyətini diqqətə çatdıraraq, işgüzar dairələrin təmsilçilərini böyük iqtisadi potensiala malik olan Azərbaycana səfər etməyə və işgüzar əlaqələr qurmağa dəvət edib. Bildirilib ki, fəxri konsulluq mütəmadi olaraq Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin güclənməsinə çalışacaq, iqtisadi missiyaların mübadiləsini həyata keçirəcək.

Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilov Avstriyada ölkəmizin artıq iki fəxri konsulluğunun rəsmi şəkildə fəaliyyət göstərdiyini, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Almaniya və Avstriyada geniş iqtisadi fəaliyyəti ilə tanınan Mixael Hanritsinin Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu təyin olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avstriyanın mühüm iqtisadiyyat və turizm regionları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin güclənməsində fəxri konsulluq mühüm töhfələr verəcək.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov fəxri konsulluğun məsul olduğu federal əyalətlərdə yaşayan soydaşlarımızın məsələləri ilə yaxından məşğul olacağına ümidvar olduğunu ifadə edib. F. Muradov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalını fəxri konsul Mixael Haynritsiyə təqdim edib.

Zaltsburq şəhər meriyasının təmsilçisi Barbara Unterkofler Zaltsburq əyalətinin gəlirlərinin təxminən 60 faizinin ixracatdan formalaşdığını qeyd edərək, xarici iqtisadi əlaqələrin Zaltsburq üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıb və yeni fəxri konsulluğun açılmasının iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyini bildirib. Qeyd edilib ki, 57 fəxri konsulluğun fəaliyyət göstərdiyi Zaltsburq şəhərində yeni fəxri konsulluğun açılması sevindirici haldır və konsulluq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına təkan verəcək.

Zaltsburq Əyalət Parlamentinin Prezidenti Briqitta Pallauf öz çıxışında həm siyasi, həm diplomatik, həm də iqtisadi əlaqələrin güclənməsində fəxri konsulluğun oynayacağı roldan bəhs edib. O, konsulluğun iki ölkə arasında yeni bir körpü olacağına, onu fəaliyyəti sayəsində iki ölkənin və əsasən də insanların yaxınlaşacağına ümidvar olduğunu bildirib.

Tədbirin bədii hissəsində pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə (fortepiano) və Karen Danqer-Manafzadə (vokal) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

1news.az

Paylaş:
398

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər