AXCP üzvlərinin qeybət şousu: riyakarlıq, daxili intriqa biyabırçılığı – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

AXCP üzvlərinin qeybət şousu: riyakarlıq, daxili intriqa biyabırçılığı – TƏHLİL

18:10 - 16 / 07 / 2020
AXCP üzvlərinin qeybət şousu: riyakarlıq, daxili intriqa biyabırçılığı – TƏHLİL

Məlum olduğu kimi, iyulun 14-də Bakıda minlərlə insan cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirib. Şəhərin müxtəlif küçələrindən başlayan həmrəylik yürüşü Şəhidlər Xiyabanı yaxınlığında – Milli Məclisin binası qarşısında davam etdirilib.

Ancaq aksiyanın gedişində təxribatçı qüvvələr yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyə çalışıb. Milli Məclisin binasını tutmağa cəhd edən həmin qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltməyə, ona kölgə salmağa çalışıblar.

Təxribatçıların hərəkəti ictimaiyyətin ciddi narazılığına səbəb olub. Təxribatı törədənlər ictimai və siyasi xadimlər, tanınmış insanlar tərəfindən tənqid olunub, onların əməlləri pislənib.

Prezident İlham Əliyev də iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı təxribatı törədənləri sərt şəkildə tənqid edib:

“Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Lakin bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir”.

Görünən odur ki, 1990-cı illərin dumanlı havasında, xaosun, sistemsiz idarəçiliyin dalğasında siyasi hakimiyyətin ön cərgəsinə atılanların və onların uzun illərdən bəri düşüncələrini zəhərlədikləri tərəfdarlarının təfəkküründə, siyasi dünyagörüşündə heç bir dəyişiklik baş verməyib. Bu insanlar ötən 30 il ərzində belə dövlət və dövlətçiliklə bağlı düşüncələrində heç bir dəyişiklik etməyiblər, nəinki öz siyasi maraqları, hətta məhdud dünyagörüşlərindən qaynaqlanan, məişət səviyyəli iddiaları üçün belə ərazi bütövlüyümüzü, müstəqilliyimizi, cəmiyyətdəki sabitliyi, təhlükəsizliyimizi zərbə altına qoymağa hazırdılar.

Təsəvvür edin, bu adamlar o qədər mənəviyyatsızdırlar və öz dövlətlərinə o qədər qənim kəsiliblər ki, Ordumuzun düşmənlə üz-üzə ölüm-dirim savaşında olduğu, mülki vətəndaşlarımızın, onların evlərinin, təsərrüfatlarının ağır artilleriyadan atəşə tutulduğu bir zamanda, vətəndaşların orduya və dövlətə dəstək aksiyasından belə öz iyrənc məqsədləri üçün istifadə etməyə cəhd göstəriblər. Bu, Vətənə xəyanətdir və heç bir halda bağışlanıla bilməz.

Çünki düşmənlə qarşı-qarşı qaldığımız, açıq savaşda olduğumuz bir vaxtda cəmiyyəti parçalamağa, təşvişə salmağa, müqavimətimizi azaltmağa, dövləti əsas hədəfdən yayındırmağa çalışırlar. Bunlar ölkənin daxildə oturub xaricdən pul, təlimat alır, mühiti zəhərləyirlər və belə məqamlarda hər zaman olduğu kimi dövlətin yanında yox, düşmənin yanında yer alırlar. Biz vaxtilə parlamentin qarşısında keçirilən aksiyaların, ölkəni xaosa sürükləmək, hakimiyyət böhranı yaratmaq cəhdlərinin acı nəticələrini görmüşük.

AXCP sədri Əli Kərimli kimi 1990-cı illərin küçə siyasəti taktikasını hələ də işlək sayan, Azərbaycanda vəziyyətin nə qədər pis olmasını özü üçün bir o qədər yaxşı sayan tipli siyasətçilərin hələ də olması bizi daha ayıq-sayıq olmağa vadar edir. Çünki bu kimi insanlar siyasətlərini şəxsi maraqları, ambisiyaları üzərində qururlar. Bu isə cəmiyyətə yaxşı heç nə vəd edə bilməz.

“Milli Şura”nın videokonfranslarının qeybətxananı xatırlatmasından dəfələrlə yazmışıq. AXCP üzvləri də şuradakılardan geri qalmırlar. Belə ki, bu dəfə isə AXCP rəhbərliyində təmsil olunan şəxslərin votsap müzakirələrinin səs yazısı yayılıb. Həmin səs yazılarında partiya rəhbərliyində təmsil olunan şəxslərin bir-birlərinin əleyhinə danışması diqqətdən yayınmır. Partiyadaxili intriqa ilə bağlı bir çox həqiqətlər, trolluq, pul mənimsəmə və daha bir neçə gizli məqamların üstü bu müzakirə zamanı açılır. 

AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov Gənclər komitəsinin sədri Emil Səlimovu “qrubıy” olmaqda, özünü iqtidarda baş nazir kimi aparmaqda ittiham etdi. Emilin başının qıza qarışdığını pıçıldayan Bəxtiyar onu işləməməkdə ittiham edib. Vəziyyətin xaotikləşdiyini dəfələrlə qeyd edən rəyasət heyyətinin üzvü cəbhədaxilində qruplaşmalar yarandığını qeyd edib: “Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir”.

B.İmanov onunla yazışan şəxsin “Keçən dəfə Seymurgil, Fuad mənə irad bildirdi, qrupu ləğv elədim” fikrinə belə cavab verib: Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan”.

Cəbhəçilərdən biri hətta 17 nəfərə 180 dənə facebook profili var deməklə özlərini ifşa edib.

Düşünün: özünü “Vətən xilaskarı, demokratiya mücahid”ləri sayanlar flirtlə, intriqalarla, pul yığıb onlara inananları aldatmaqla - bir sözlə, hər yaramaz işlərlə məşğul olurlar. Əli Kərimli isə müxtəlif sanitar qovşaq kanallarında danışan baş formatında öz aləmində ağıllı çıxışlar edir, sırf provokasiyalarla məşğul olur.

Məsələ ilə bağlı 1news.az-a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  ilk olaraq Ordumuza dəstək aksiyasına toxunub. Baş redaktor həmin aksiyada baş verənlərin dövlətimizə qarşı bir cinayət olduğunu bildirib:

“Hesab edirəm ki, daxili və yaxud xarici düşmənlərimizin təhriki ilə dövlətimizə, xalqımıza qarşı bu təxribatı həyata keçirənlər ciddi şəkildə cəzalandırılmalıdırlar. İndiki çətin bir vəziyyətdə bu cür addımı atmış insanlar tarix qarşısında öz layiqli əzalarını almalı, qanun qarşısında cavab verməlidirlər".

R.Arifoğlu AXCP üzvləri arasında baş tutmuş yazışmaya da münasibət bildirib:

“Təəssüf ki, həmin gənclər Əli Kərimli kimi bir insanın ətrafında birləşiblər. Onu çox yaxşı tanıyıram və bütün davranışlarını dərinliyinə kimi bilirəm. Bu gənclərə də özünün pis işlərini gördürür. Saxta profillər yaratdırır, özünə rəqib, düşmən, hədəf seçdiyi insanlara qarşı kampaniyalar aparır. Son lent yazısı da, ondan əvvəl yayılan materiallar onu göstərir ki, bu insanların hakimiyyətə gəlməsi, hətta hakimiyyət iddiasında olmaları Azərbaycan üçün, onun insanları üçün təhlükəlidir”

1news.az

Paylaş:
699

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər