1news.az

Aydın Quliyev: Yeni sosial paket insanların yığım etməsinə də imkan verəcək

19 İyun saat 11:40 ~ 2 dəqiqəlik oxu 240
Aydın Quliyev: Yeni sosial paket insanların yığım etməsinə də imkan verəcək

Azərbaycan Prezidentinin 2019-cu il ərzində artıq ikinci dəfə imzaladığı sosial islahatlar paketi dövlətimizin və şəxsən ölkə rəhbərinin həyata keçirdiyi yeni sosial inqilab layihəsi kimi dəyərləndirilməlidir.

Bunu 1news.az-a açıqlamasında siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, dünən imzalanmış sənədlər cəmiyyətimizin böyük bir hissəsini əhatə edir. İlkin hesablamalar görə, yeni imzalanmış sosial paket iki milyondan çox vətəndaşımızın gündəlik həyatında öz təsirini göstərəcək.

“Bu sənədlər paketi dövlətimizin sosial mahiyyətini, onun siyasətinin mərkəzində insan faktorunun dayandığını bir daha nümayiş etdirir. İslahatlar Azərbaycan xalqını bu gün dünyada, xüsusilə də iqtisadi, maliyyə sektorunda gedən və təsirləri surətlə başqa ölkələrə yayılan neqativ proseslər və hadisələrdən qorumaqda böyük gücə malikdir.

Ümumiyyətlə, müqayisə aparsaq, 2019-cu ilin əvvəlində sosial islahatlar paketi ilə indiki sosial islahatlar paketinin predmeti, hədəfləri eyni olsa da, ancaq müəyyən prinsipial fərqlər var. Bu da ondan ibarətdir ki, bu ilin əvvəlindəki ilkin islahatlar paketi əgər dünyada gedən neqativ proseslərdən Azərbaycan xalqının gündəlik yaşayışını qorumağa daha çox hesablanmışdırsa, budəfəki islahatlarda artımın məbləği insanların rifahının yaxşılaşdırılmasına, hətta sabahkı yaşayışı, gələcəyi üçün yığım etməsinə belə imkan verəcək həddədir.

Düşünürəm ki, indiki islahatlar paketi əvvəlkindən insanların gündəlik rifahının daha da dəyişdirmək və onlara yığım imkanı yaratmaq baxımından çox əhəmiyyətli olacaq.

Bu islahatların bir özəl xüsusiyyəti də ölkədə dövlət və xalq etimadının, anlaşıqlı mühütinin daha da dərinləşməsində oynadığı roldur. Çünki cəmiyyət görür ki, iqtisadi sahədə aparılan islahatlar ölkənin gəlirlərinin iqtisadi sektorunun güclənməsini, valyuta ehtiyatlarının artımını təmin etdikcə, o, iqtisadi artımın insanların sosial müdafiəsinə və sosial təminatına təsir etməsi də mərhələ-mərhələ, ardıcıl şəkildə baş verir. Yəni, iqtisadiyyat gücləndikcə, əldə olunmuş vəsait bəzi ölkələrdə olduğu kimi xalqdan gizlədilmir, əksinə, xalqın özünə qaytarılır”, deyə A.Quliyev əlavə edib.

Ekspertin sözlərinə görə, bu, islahatların sosial niyyətini və Azərbaycan iqtisadiyyatının sosial mahiyyətini bir daha nümayiş etdirir.   

1news.az

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net