Azərbaycan-ABŞ ikinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-ABŞ ikinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək

09:43 - 15 / 08 / 2019
Azərbaycan-ABŞ  ikinci Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu 6-8 noyabr tarixlərində Oklahoma şəhərində keçiriləcək.

Bu barədə 1news.az-a-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək:

“Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. Aprel ayında Çikaqoda keçirilən ilk belə forumda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə 14 Azərbaycan şirkətinin nümayəndə heyəti və İllinoys ştatının 33 şirkətləri iştirak etmişlər. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaratdı.

Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək. Oklahoma ABŞ-da çovdarın bir, mal əti üzrə isə ikinci ən böyük istehsalçıdır. Kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1.9 milyard gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratmışdır”.

Qeyd edilib ki, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı Səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşliq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunur.

P.S.

 

Paylaş:
518

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər