Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb

17:06 - 19 / 01 / 2021
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb

Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, sənəd üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət müvafiq İşçi Qrupun videokonfrans formatında görüşü zamanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Əcmal Əhmədi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezov tərəfindən imzalanıb.

Görüşdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin 2020-ci il iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı Azərbaycanın dövlət başçısının irəli sürdüyü təşəbbüsə əsasən Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib. Layihənin razılaşdırılması məqsədilə müvafiq İşçi Qrupun və hər sahə üzrə müvafiq alt qrupların yaradıldığı, intensiv və məhsuldar müzakirələrin aparıldığı, silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qafar Ağayev

Paylaş:
326

Son xəbərlər

Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22
Bütün xəbərlər